F-1.az xatırladır ki, Mercedes komandası Monakoya yeniliklərlə gəlib. Lakin trasın quruluşuna görə komanda yeniliklərin təsirini İspaniyada görəcəyini düşünür.
Həmilton yarışa 5-ci yerdən başlasa da, yekunda 4-cü yeri tutub və sürətli dövrəni də vuraraq, həftəsonunu 13 xalla qapadıb.
Lyuis Həmilton: “Yaxşı nəticə qazandıq. Komanda olaraq, inkişaf etmişik. Məncə, bir addım önə çıxdıq. Belə çətin yarışda 4-cü və beşinci olmaq əla nəticədir. Komanda strategiya cəhətdən əla işlədi və məncə, Ferrari-ni geridə qoymaq gözəl idi. Yarışın çətnliyini açıqlamağa söz tapmıram. Məncə, təkərləri yaxşı qızdıra bilmədim. Elə bil ki, buzun üstündə gedirdim. Pitə gələndə temp itirdim və sonra yağış yağdı. Buna görə problem oldu və vəziyyət çətinləşdi. Ancaq səhv etmədik. Lakin buna çox yaxın idim. Daha sonra təkərlər işləməyə başladı və hər şey qaydasına düşdü.
Bolidin inkişafını hiss edirəm. Gələn həftə bütün orta və yüksək sürətli döngələrdə və doğrudanda limitlərdə sürdüyümüz trasda yenilikləri çox yaxşı hiss edəcəyik. Amma bu yeniliklər bizim üçün çox yaxşı oldu”.