L.Həmilton ilk testlərdən razıdır

Lyuis Həmilton komandasının 675 dövrə vurduğu birinci Barselona testlərindən razı qalıb...

F-1.az xəbər verir ki, Mercedes AMG komandası ilk testlərdə rəqiblərinə nisbətən daha dözümlü və daha güclü olub.

Formula1 üzrə son iki ilin Dünya Çempionu titullarını qazanan Lyuis Həmilton ilk testlər barədə təəssüratlarını bildirib: “Həmişəkindən daha çox yol qət etdik və bu bizim üçün inanılmaz test həftəsi oldu.

Buraya gəlməmişdən əvvəl bizə deyirdilər ki, gündə 800 km yol qət edilməlidir və mən onların dəli olduğunu düşünürdüm. Ancaq biz bacardıq! Heç vaxt belə güclü bolidim olmayıb. Heç vaxt belə həftə keçirməmişəm.

Bolid gözəl görünür. Sözün açığı, bolidin sürəti barədə nəsə deyə bilmərik. Biz çoxlu dövrə vurmağa fokuslanmışıq”.

Qeyd edək ki, Lyuis Həmilton 4 gün ərzində 342 dövrə vurub. Bu da 5 yarış məsafəsindən çoxdur…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*