L.Həmilton: İlk poulu almış kimi həyəcanlıyam

İspaniyada karyerasının 100-cü poulunu qazanan Lyuis Həmilton çox həyəcanlı olduğunu deyib.

F-1.az xatırladır ki, britaniyalı sürücü çox yaxın keçən sıralanma turunda ən yaxın rəqibi Maks Ferstappenə 0.036 saniyə fərq ataraq, poul əldə edib. Beləliklə, 100-cü poulunu əldə edən yeddiqat Dünya Çempionu bu saya çatan ilk pilot olub.

Lyuis Həmilton: “Üçüncü sərbəst yürüşlərdə güclü görünürdük. Məncə, həftəsonu ərzində güclü idik. Sıralanma turundan əvvəl bəzi dəyişikliklər etmişdim və bir az narahat idim. Bolidi davamlı təkmilləşdirməyə çalışırıq, ancaq bu bir az qumara bənzəyir. Çünki yarışı da düşünməliyik.

Trasa çıxan kimi komandaya dedim ki, dəyişiklik etməklə səhv addım atdıq. Lakin bu mənim qərarım idi və çox çətin oldu. Buna görə də sıralanma turu ərzində arxada qaldım. Son sessiyadakı ilk cəhdim ən yaxşı dövrəm oldu. İkinci cəhddə dövrəmi yaxşılaşdırmağa çalışsam da, alınmadı.

Hələ də inana bilmirəm ki, 100-cü poulu almışam. Bazada davamlı işləyən hər kəsə təşəkkür edirəm. Bu komanda ilə işləmək inanılmazdır. 2012-ci ilin sonunda buraya gəlməyə qərar verdiyimdə kim deyərdi ki, 100 poul qazanacam? İlk poul qazanmış kimi həyəcanlıyam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*