F-1.az xatırladır ki. britaniyalı sürücü Bakıdakı sıralanma turunda son cəhdlərdən əvvəl birinci olub. Lakin ikinci və son cəhdlərdən sonra Bottasın 0.059 saniyə gerisinə düşüb.
Lyuis Həmilton: “Valtteri mükəmməl iş gördü. Komandamız üçün əla nəticədir. Sərbəst yürüşlərdə tempimiz yox idi. Yarış tempimiz yaxşı olsa da, sıralanma tempində Ferrari-yə yaxınlaşa bilmirdik. Bolidin üzərində işləyərək inkişaf etdik. Heyif ki, ilk iki döngə pis oldu. Əvvəlcə birinci, sonra ikinci döngədə kiçik problemlər yaşadıq. Dördüncü döngəyə gələnə qədər 0.3 saniyə geri düşmüşdüm. Sonrakı iki sektorda vəziyyəti düzəltsəm də, bəs eləmədi”.