F-1.az xatırladır ki, britaniyalı sürücü Meksika yarışında ikinci olub. Yeddiqat Dünya Çempionu yarış ərzində əsas rəqibi Maks Ferstappnə təzyiq göstərə bilməyib. Əvəzində Peresin hücumlarını dəf etməli olub.
Lyuis Həmilton: “Əvvəlcə Maksı təbrik edirəm. Bu həftə maşınları çox güclü idi və əlimizdən heç nə gəlmirdi. Əlimdən gələni etdim və Serxio ilə mübarizə apardıq. Yenə də ikinci olduğum üçün sevinirəm.
Daha əvvəl bir neçə dəfə təzyiq altında qalmışdım. Buna görə də yermimi qorumaq asan oldu. Ancaq bu hal Red Bull-un sürətini göstərdi. Serxio çox geridə olsa da, fərqi bağladı. O, əla işlədi. Məni təzyiq altında saxladı. Yarışdan həzz aldım”.