F-1.az bildirir ki, Mercedes AMG-nin britaniyalı sürücüsü komandanın sabahkı fasilədən yararlanacağına ümid edir.
Lyuis Həmilton: “İlk məşqlərdə biz əla formada idik, lakin ikinci sessiyada təkərləri işlədə bilmədik. Yaxşı ki, burada bir günlük fasilə var və biz şənbə gününə qədər problemin həllini tapmalıyıq”.
Qeyd edək ki, nahardan sonra Lyuisin komanda yoldaşı Bottas da qənaətbəxş nəticə göstərə bilməyib – finlandiyalı sürücü yalnız 10-cu olub.