L.Həmilton: “İki nəticədən biri məyus edəcək”

Lyuis Həmilton son iki yarışa Rosberqdən 19 xal geridə girsə də, bildirib ki, hələ də çempionluq mübarizəsindən qopmayıb.

F-1.az xatırladır ki, Niko Rosberq Braziliya yarışını qazanacağı halda çempionluğu təmin edəcək. Amma Həmilton bildirib ki, bu hal onu stressə salmır: “Nəticələrdən biri bizi çox məyus edəcək. Digəri isə çox xoşbəxt edəcək. Nə olursa-olsun mən əlimdən gələni etməyə davam edəcəm. Formula1 karyerama başlayandan hər şeyin çox dəyişildiyini gördüm. Buna görə də təslim olmamalıyam. Son iki yarışdakı performansıma görə sevincliyəm. Bu cür sürətimin olduğunu görmək çox gözəldir. Komandada hamı yaxşı işlədi və mənə güclü bolid verdilər.

Mövsüm ərzində bütün yarışlarda sürətimiz yaxşı idi. Mən bu üstünlükdən çox istifadə edə bilmədim. Son yarışları qazanmağım çempionluq üçün bəs eləmir. Amma ən azından var gücümlə yarışıb, mövsümü major notlarla bitirsəm, sevinərəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*