F-1.az xatırladır ki, britaniyalı sürücü builki Çin yarışının sıralanma turunda poul qazanaraq, ardıcıl 6-cı poulunu əldə etmişdi. Amma Bəhreyn Qran Prisində poul əldə edən Bottas 32 yaşlı sürücünün arzusunu gözündə qoymuşdu.
Lyuis Həmilton: “Bu mövsüm çətin keçir. Yarışlara 1-ci yerdən başlamaq həmişə vacibdir. Sebastyanı trasda qabaqlamaq çempionluq uğrunda mübarizədə çox mühüm olacaq. Çində ardıcıl 6-cı poulumu qazansam da, bunun davamını gətirə bilmədim. İndi yenidən bu seriyanı əldə etmək istəyirəm. Sennanı üstələməyi hədəfləyirəm. Mövsümün ilk yarışlarında vacib işlər gördük və bolidi təkmilləşdirdik. Ümid edirəm ki, mövsümün sonunda çempion olaram”.