L.Həmilton: “HyperSoft ən yaxşı təkərdir”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, HyperSoft təkərlər indiyə qədər Pirelli-nin istehsal etdiyi ən yaxşı təkərlərdir.

F-1.az xatırladır ki, Pirelli şirkəti 2011-ci ildən Formula1-in yeganə təkər təminatçısıdır. İtalyanlar 2011-2015-ci illərdə 4, 2016-2017-ci illərdə isə 5 fərqli quru təkər növü istehsal edirdilər. Amma gələn ildən etibarən Pirelli tərkibinə görə 7 fərqli quru təkər növü istehsal edəcək.

Lyuis Həmilton: “Pirelli-nin 2018-ci il üçün hazırladığı təkərləri qısa müddət ərzində başa düşə bildik. İlk təəssüratlarımıza əsasən, HyperSoft təkərlər Pirelli-nin istehsal etdiyi ən yaxşı təkərlərdir. Digər təkərlər isə bir az sərtdir”.

Qeyd edək ki, Lyuis Həmilton birinci test günündə 136 dövrə vurub.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*