L.Həmilton: Həzz aldım

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, təhlükəsizlik maşınına görə itirdiyi yerləri geri qazanarkən həzz alıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa 5-ci yerdən başlasa da, pitə girəndən bir neçə dövrə sonra təhlükəsizlik maşını rejimi başlayıb. Buna görə də 8-ci yerə geriləyib. Buna baxmayaraq, yeddiqat Dünya Çempionu həm Rasselli, həm də Strollu keçərək, 6-cı yerə yüksəlib. Yarışın sonrakı dövrələrində Sayns üzərində təzyiq qursa da, rəqibini keçə bilməyib.

Lyuis Həmilton: “Heyif ki, təhlükəsizlik maşını bizə mane oldu. Yarışda bəxtimi gətirmədi. Ancaq məyus deyiləm. Çox yer itirsəm də, başımı aşağı əyməli və yüksəlməyə fokuslanmalı idim. Mən də elə etdim. Məncə, düzgün addım atdım. Başıml aşağı əydim və yarışa qayıtdım. Daha sonra mübarizədən həzz aldım.

Komandamla fəxr edirəm. Son yarışdakı kimi sürətli olmasaq da, komandada əhval-ruhiyyə çox yüksəkdir. Hamımız uğura acıq və yeniliklər gətirmək üçün əlimizdən gələni edirik. Bu növbəti yarışdakı yaxşı nəticələr üçün başlanğıc nöqtəsidir”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*