F-1.az xatırladır ki, britaniyalı sürücü 1:11.459 zaman nəticəsi ilə polu qazandıqdan sonra çox gözəl bir hədiyyə alıb. Ayrton Sennaya aid olan bir dəbilqəni braziliyalı əfsanənin ailəsi Həmiltona hədiyyə edib.
Lyuis Həmilton: “Həyəcandan titrəyirəm və söz tapmıram. Ayrton çoxumuzun qəhrəmanıdır və mənimki də o idi. Poul sayında ona çatmaq və belə hədiyyə almaq doğrudan da gözəl hissdir. Buna görə də bütün Senna ailəsinə təşəkkür edirəm. Bu gün ən xoşbəxt günlərimdən biridir. Monrealda karyeramboyu həmişə uğurlu olmuşam. Ferrari ilə bizi yaxın mübarizə gözləyir. Biz buna hazırıq və özümüzü yaxşı hiss edirik.
Gözəl bir dövrə vurdum. Bu dövrəni vuranda dəstək aldığımı hiss etdim və əlimdəki hər şeyi ortaya qoydum. Bu işə yaradı və birinci yeri tutdum. Bu gün hər şeyi bir araya gətirərək, Monakodakı pis xatirələri beynimdən sildim. Ümid edirəm ki, yarışı qazanarıq”.