L.Həmilton: “Hərarət problemi həll edilməlidir”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, təcili sürətdə hərarət problemlərini həll etməlidirlər.

F-1.az xatırladır ki, britaniyalı sürücü Avstriya yarışında 5-ci olub və builki ən pis nəticəsini əldə edib. Yarışa yaxşı başlayan beşqat Dünya Çempionu ön qanadını qıraraq, pit-stopda əlavə vaxt itirib.

Lyuis Həmilton: “Ən asan yarışımız deyildi. Yarış başlamamışdan əvvəl problem yaşayacağımızı bilirdik. Hərarət başımıza oyun açdı. Tempimiz yaxşı idi. Bolid də yaxşı idi, amma hərarətə görə yarışa bilmədik. Bu həftəsonu bolidi məhdudlaşdıran şeyin nə olduğunu gördük. Rəqiblərimiz belə problem yaşamadılar. Bura kimi isti başqa yarışlar da olacaq. Buna görə bunu həll etməliyik. Əks halda çətin olacaq. Bundan başqa porebriklərə hücum edərkən ön qanadımı qırdım. Dəyişdirməli idik və vaxt itirdim. Buna baxmayaraq, 5-ci olub qəşəng xallar qazandım”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*