F-1.az xatırladır ki, Ferrari qış testlərində Mercedes-dən güclü performans göstərib. Əksəriyyət “qırmızılar”ın 0.2-0.5 saniyə sürətli olduğunu düşünür.
Lyuis Həmilton: “Hər şey aydındır.Amma rəqiblərimizin nə etdiyini bilmək çətindir. Bolidlər trasa çıxana qədər heç nə demək olmayacaq. Sıralanma turunda daha dəqiq nəticələr görəcəyik. Ümumilikdə isə bir neçə yarışdan sonra kimin neçənci olduğunu görə bilirsiniz. Testlərdən sonra bolid təkmilləşdirilir. Dövrələr vurduqca daha çox şey öyrənirsiniz. Görməli işlərimiz var. Mühəndislər aerodinamik boruda əldə etdiyimiz məlumatlar üzərində işləyirlər. Testlər bitəndən sonra hamı bir az dincəldi. Burada bolidi anlamaq daha asan olacaq”.