L.Həmilton: “Hər şey normasına qayıdıb”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Malayziya yarışından sonra hər şey normasına qayıdıb.

F-1.az xatırladır ki, son yarışlarda Mercedes əsas rəqibi Ferrari-dən zəif görünürdü…

Lyuis Həmilton: “Bolid Malayziyaya nisbətən daha yaxşı vəziyyətdədir və hər şey normasına qayıdır. Ümumilikdə dəyişik gün idi. Ən azından birinci sərbəst yürüşlər quru şəraitdə olduğu üçün sevincliyəm. Bunun hesabına çoxlu məlumat topladıq.

İkinci sessiyada isə yağış artdı. Amma bolidin bu şəraitdə necə getdiyini görmək üçün trasa çıxdıq. Malayziyaya nisbətən asfaltla ilişmə yaxşı idi. Buradakı fanlara da təşəkkür edirəm. Yağışa baxmayaraq, çox sayda azarkeş bizi dəstəkləməyə gəlmişdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*