F-1.az xatırladır ki, britaniyalı sürücü Suzukada qalib gələrək bu mövsüm ardıcıl 4-cü qələbəsini qazanıb və ən yaxın rəqibi Fettellə fərqi 67 xala yüksəldib.
Lyuis Həmilton: “Düzünü desəm, çempionluq barədə düşünmürəm. Bu həftə yaxşı keçsə də, növbəti yarışda hər şey ola bilər. Məncə, bu il daha güclü idik və Ostin bizim üçün düşərli trasdır. Bu canavarı orada sürmək üçün səbirsizlənirəm. Çox xoşbəxtəm, çünki komanda bütün həftəsonu ərzində güclü idi. Bu dubl Mercedes üçün əla oldu və gücümüzü göstərdik. Bu tras dünyanın ən yaxşısıdır. İndiki dövrdə niyə belə traslar tikilmir anlamıram. Yarışın hər saniyəsindən zövq aldım. Təkərlərimi istədiyim kimi qoruyub hər şeyə nəzarət edə bilirdim”.