L.Həmilton: “Hər dövrə mükəmməl idi”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, sıralanma turunda mükəmməl dövrələr vurub.

F-1.az xatırladır ki, britaniyalı sürücü Suzukada 1:27.319 zaman nəticəsi göstərərək, trasın rekordunu müəyyənləşdirib və karyerasında ilk dəfə Yaponiyada poul qazanıb.

Lyuis Həmilton: “Qətiliklə deyə bilərəm ki, gözəl gün idi və burada ilk poulumu qazandım. Bunun üçün çox gözləməli oldum. Bolid olduqca güclü idi və burada olmağa layiq idik. Amma sabah bizi uzun yarış gözləyir. Fettel və Red Bull-lar yaxın olacaqlar.

Atdığım hər dövrədə özümü daha yaxşı hisa edirdim. Uzun illər burada yarışsam da, ilk dəfə özümü bu qədər rahat hiss etdim. Birinci yerdən başlamaq gözəl nəticədir. Amma sabahı gözləməliyik. Ümid edirəm ki, günün sonunda qalib gələrik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*