Hələbdə müharibə davam edir və müxtəlif qurumlar hamının diqqətini orada köməksiz qalan uşaqlara çəkməyə çalışır. F-1.az bildirir ki, Formula1 sürücüləri də hadisələrə biganə qalmayıblar. UNİCEF-in səfiri olan və dəfələrlə Haitidəki insanlar başda olmaqla, bir çox köməksiz insana yardım edilməsi üçün çağırışlar edən Həmilton sosial şəbəkələrdəki hesablarında Hələbdəki vəziyyətlə bağlı paylaşımlar edib.
Lyuis Həmilton: “Hələbdə minlərlə uşaq çarəsiz vəziyyətdə qalıb. UNİCEF ehtiyacı olan ailələrlə əlaqə yaratmağa çalışır. Xahiş edirik ki, qurumun səhifəsinə baş çəkərək kömək edəsiniz”.
1000s of children are trapped in #Aleppo. @UNICEF_uk is working to reach families with supplies they need. Pls help https://t.co/4adJnZ8rKl pic.twitter.com/g2V6JxXtcG
— Lewis Hamilton (@LewisHamilton) December 19, 2016