F-1.az xatırladır ki, 37 yaşlı sürücünün komandası ilə müqaviləsi 2023-cü ilin sonunda bitəcək. Onun yeni müqavilə imzalayıb-imzalamayacağı müəammı olsa da, yeddiqat Dünya Çempionu hələ də yarışmaq istəyir.
Lyuis Həmilton: “Təbii ki, ömrümün sonuna qədər sümrməyəcəm, amma ürəyimdən bir səs deyir ki, hələ davam eləməlisən. Vaxtı gələndə idmandan getmək çətin olacaq. Bu işi 30 ildən çoxdur görürəm və 30 ili keçəcək.
Bir vaxtdan sonra ailəm olsun istəyəcəm və onlara köklənəcəm. Ancaq hazırda Mercedes ilə Formula1-də yarışmaq istəyirəm”.