F-1.az xatırladır ki, Lyuisin poulu Mercedes-in Formula1 tarixində 100-cü poul olub…
Lyuis Həmilton: “Sıralanma turu asan olmadı – hava daim dəyişirdi, bilmirdik ki, növbəti dövrədə nə olacaq. Ferrari maşınları bu trasda çox sürətlidirlər, mən və mühəndislərim zəruri sürəti almaq üçün gərgin işləməli olduq.
Braziliyada çıxış etməyimə çox şadam, dəbilqəmi ənənəvi olaraq Ayrton Sennanın rənglərinə boyamışam. Hələ də inanmıram ki, poul qazanmışam – son cəhdimdəki dövrəm ideal deyildi, bəzi döngələrdə izafi dönüşlük mane olurdu, ona görə də poul qazandığımı eşidəndə, çox sevindim.
Braziliyada hiss etdiyim dəstəyi çox dəyərləndirirəm. Bu trasda ilk titulu qazanmışam, rəqibim də Felipe Massa idi – o yarışdan sonra mən burada xalq düşməni hesab olunurdum, amma tədricən mənə hörmət eləməyə başladılar. Bizim məhəbbətimiz qarşılıqlıdır – mən bu ölkəni çox sevirəm!”