F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa 3-cü yerdən başlasa da, startda 2-ci yerə yüksəlib, amma Fettelin arxadan təması ilə təkəri partlayıb. Bundan sonra Həmilton sonuncu yerə qədər geriləsə də, yarışı 9-cu yerdə bitirə bilib.
Lyuis Həmilton: “Əlimdən gələn hər şeyi etdim. Gözəl start aldım. Daha sonra 3-cü döngədə nə olduğunu bilmirəm. Orada böyük boşluq qoymuşdum, amma yenə də təmas yaşadıq və təkərim partladı. Daha sonra isə geridönüş etmək üçün əlimdən gələni etdim. Bu trasda buna nail olmaq asan deyildi. Ailəmə və komandama çox təşəkkür edirəm. Mercedes 5 ildir ki, əla işlər görür və bunun bir parçası olduğum üçün xoşbəxtəm. Hələ inana bilmirəm. Ən arxadan yüksəlmək asan deyildi. Amma təslim olmadım və ən yaxşı nəticəni aldım. Çox xoşbəxtəm”.