Lakin yeddiqat dünya çempionu bunlara əhəmiyyət vermir.
F-1.az Lyuisin dediklərinə əsasən bildirir ki, onun idmandan ayrılmaq fikri yoxdur.
Lyuis Həmilton: “Heç bir faktı olmayan şayiələri yayan insanlar heç bir fərq yaratmır. Düşünmək olardı ki, hər ikisi mənim üçün hər şeyi bilirlər. 13 yaşımdan Mersedes-də işləyirəm. Keçən mövsüm çətin oldu, amma bu il çətin keçsək də, yenə qalacağam. Mən döyüşçüyəm, komandamız döyüşür. Problemi həll etməyi xoşlayıram.
Hələ də hər kəsdən daha çox maşının potensialından istifadə edə biləcəyimə inanıram. Əlbəttə, mövsümə əla maşınla start vermək istərdim, amma əsas odur ki, biz daha bir macəraya başlayırıq.
Müqavilənin uzadılması ilə bağlı heç bir problem yoxdur. Bu barədə tamamilə sakitəm. Məndə elə bir hiss yoxdur ki, hər şey burada və indi həll olunmalıdır. Hazır olanda müqaviləni imzalayacağıq. Toto və Mercedes ilə əla münasibətim var, biz bir-birimizi tam dəstəkləyirik və gələcəyə birlikdə baxırıq”.