F-1.az xatırladır ki, britaniyalı sürücü Rusiya Qran Prisinin sıralanma turunda Ferrari sürücülərinin və komanda yoldaşı Bottasın gerisində qalıb. Bununla da, Həmilton bu mövsüm ikinci dəfədir ki, sıralanma turunda komanda yoldaşına uduzub.
Lyuis Həmilton: “Bu gün heyif ki, lazımi qədər sürətli deyildik. İndi isə əldə etdiyimiz məlumatları təhlil edib, vəziyyətin nə yerdə olduğunu anlamalıyıq. Amma yarış sabah başlayacaq və hələ də sözümüzü deyə bilərik. Bu gün son sektorda çox vaxt itirdim və bu problemi həll edə bilsək, yarışda hər şey qaydasında ola bilər. Ferrari həm sıralanma turu, həm də yarış tempində güclü görünürdü. Onları burada məğlub etmək çətin olacaq. Yarışda tək pit-stoplu strategiya gözlənildiyi üçün bəsit olacaq. Ümid edirəm ki, hər şey yaxşı olar. Məqsədim irəliləməkdir. Düzdür, yarış tempində zəif idim, amma görək nə olur”.