L.Həmilton heç kimdən qorxmur

Lyuis Həmilton bildirib ki, komanda yoldaşının kim olacağına o qərar verməyəcək və Alonso və ya Fettelin komandaya gəlməsinə qarşı deyil.

F-1.az xatırladır ki, Niko Rosberq təqaüdə çıxdıqdan sonra Mercedes Verlyayn, Bottas, Alonso və Fettel kimi sürücülərlə maraqlanmış, amma Fettel və Alonsonun komandaları ilə müqaviləsi olduğu üçün hər iki sürücüdən imtina etmişdi.

Mercedes komandası keçən həftə Valtteri Bottasa təklif göndərib. Hazırda almanlar üçün ilk seçim Bottasdır.

İspaniya mətbuatının yazdığı xəbərlərə əsasən, Həmilton Alonso və Batton kimi sürücüləri komanda yoldaşı kimi görmək istəmir. Amma britaniyalı bu iddiaları təkzib edib: “Mercedes-in siyahısında kim olursa-olsun, müqavilə barədə mənimlə danışmalıdırlar. Amma kimin gələcəyini bilmirəm. Bir yerdə mənim açıqlamam verilib və “Lyuis komanda yoldaşına görə narahat deyil” yazılıb. Amma bu doğru deyil. İkinci boliddə kimin olması komandanın əhval ruhiyyəsi üçün çox vacibdir. Digər komandalarda gördüyünüz kimi rəqabət zamanı zəhərləyici təsir yarada bilir. Burada çox xoşbəxtəm və bu çox vacibdir. Buranı çox sevirəm və komanda olaraq həmişə çətinlikləri dəf edə bilmişik. Rosberqin yerinə kim gəlirsə-gəlsin, ən azından əvvəlki kimi ab-hava olmalıdır. Daha yaxşı olmasına ehtiyac yoxdur. Bu, onların qərarıdır. İstədikləri sürücünü gətirə bilərlər. İstəyirlər Fernandonu gətirsinlər, istəyirlər Sebastyanı gətirsinlər. İlk mövsümümdə Fernandoya qarşı yarışdım və onu məğlub etdim. Buna görə narahat deyiləm. Onlara qarşı yarışsam, xoşbəxt olaram, amma bu, komanda üçün yaxşı olmaz”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*