F-1.az xatırladır ki, gələn ildən etibarən bütün komandalar halodan istifadə edəcəklər və bolidlərin daha bərbad görünməsi gözlənilir.
L.Həmilton: “Bu gözəl bolidlərlə artıq son yarışa çıxacağıq və halosuz son yarışda bolidlər daha gözəl görünəcəklər. Daha təhlükəsiz olsalar da, dizayn cəhətdən o qədər yaxşı olmayacaqlar. Əbu Dabudaki yarışdan həzz almalıyıq. Gözəl nəticə ilə mövsümü bitirmək istəyirik. Hər il rəqiblərimiz daha da güclənirlər və buna qarşı hazır olmalıyıq. Gələn ilin bolidini hazırlamaq üçün çoxlu vaxtımız var və əlimizdən gələni edəcəyik”.