L.Həmilton: “Halo sistemi istəyə bağlı olsun”

Mercedes AMG komandasının sürücüsü və son iki ilin Dünya Çempionu Lyuis Həmilton başın qorunma sisteminə qarşı danışmağa davam edir...

F-1.az saytı xəbər vermişdi ki, Ferrari komandası dünən ilk dəfə halo baş qoruma sistemini tras üzərində test edib. Ondan sonra pilotların çoxu bu sistemə qarşı mənfi rəy bildiriblər. Bu pilotlardan biri də Lyuis Həmiltondur.

Lyuis Həmilton bildirib ki, halo sistemi Formula1 tarixinin ən eybəcər modasıdır və əlavə edib ki, bu sistemi istifadə etmək istəyə bağlı olmalıdır: “Ümid edirəm ki, bu sistem Formula1-ə gəlməyəcək. Gəlsə də, istifadəsi istəyə bağlı olsun, çünki mən bundan istifadə etməyəcəyəm”.

Qeyd edək ki, Lyuis Həmilton daha əvvəl baş qoruma sistemi üçün gördüyü ən eybəcər şey demişdi…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*