L.Həmilton: “Günün sürücüsü” mükafatı lazımsız şeydir”

Formula1 rəhbərliyi azarkeşlərin diqqətini cəlb etmək üçün yeniliklər etməyə çalışır.

F-1.az xəbər vermişdi ki, bu mövsümdən etibarən “Günün sürücüsü” mükafatı tətbiq edilə bilər. Bu məsələ FOM tərəfindən səs çoxluğu ilə qəbul edilib, FİA da bunu qəbul etdiyini bildirib…

Son 2 ilin çempionu Lyuis Həmilton isə bu mükafatı lazımsız hesab edir: “Bu fikir mənim xoşuma gəlmədi. Yaxşı təsiri olacağına inanmıram. Bu barədə deyə biləcəyim heç bir müsbət söz yoxdur”.

Qeyd edək, seçim azarkeşlərin səsverməsinə əsasən ediləcək…

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*