F-1.az xatırladır ki, britaniyalı sürücü ABŞ-dakı sıralanma turunda 1:33.108-lik rekord göstərici ilə poul qazanıb.
Lyuis Həmilton: “Trasda külək güclü idi və işlər heç də asan olmadı. Xüsusən də ilk sektorda küləyə qarşı gedirdik və bu sürüşü çətinləşdirirdi. Amma komanda bizə əla bolid verərək, işimizi asanlaşdırdı. Sözün açığı, özümü yaxşı hiss edirəm. Hər şey bizim üçün yaxşı idi. Sıralanma turu bir neçə saat da davam etsə, problem yaşamazdım. Cümə və şənbə günü əldə etdiyimiz məlumatları ən yaxşı formada dəyərləndirərək, gözəl nəticə aldıq.
Burada çempion olmaq üçün şansım var, amma bunun üçün Seb böyük səhv etməlidir. O, dördqat Dünya Çempionudur və səhv edəcəyinə inanmıram”.