L.Həmilton güc qurğusunu Belçikada dəyişəcək

Britaniyalı sürücü buna görə bazar günü startda minimum 15 yer itirəcək.

F-1.az xəbər verir ki, mövsümün ikinci hissəsində güc qurğusunun elementlərini dəyişməyə görə cəzalanacağı dəqiq olan Lyuis Həmilton bu cəzasını Belçika Qran Prisində çəkəcək. Belə ki, o, Spada altıncı MGU-H və turbinə keçməyi qərara alıb. Sürücü və komandası ətraflı açıqlama verməsələr də, bu xəbəri təsdiq ediblər.

Lyuis Həmilton: “Bu həftə mühərriyə görə cəza alacağımı bilirəm. Biz bunu əvvəlcədən müzakirə etmişdik. Bu, onsuz da əvvəl-axır olmalı idi. Yarışda yaxşı yer tutmaq və zərəri minimuma endirmək üçün əlimdən gələni edəcəyəm. Məqsədim qalib gəlməkdir, lakin bu çox çətindir. Digər komandalar bizimlə olan fərqi azaldıblar. Turbo motorların 3-cü mövsümüdür və fərqlər əvvəlki kimi çox deyil. Red Bull və Ferrari çox sürətlidir. Arxa sıralardan irəliləmək əvvəlki illərdəki ilə müqayisədə daha çətin olacaq”.

Lyuis motor cəzasına görə heç kimi günahlandırmır: “Bu, komanda idmanıdır. Komanda olaraq birlikdə qalib gəlir, birlikdə məğlub oluruq. Bəzən səhvlər ola bilər. Problemləri öyrəndik və bunlar daha baş verməyəcək. Bunu bacarıqsızlıq kimi yox, təcrübə toplamaq kimi qəbul edirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*