L.Həmilton: “GP2 daha maraqlı idi…”

Mercedes AMG komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Formula1 yarış formatında dəyişiklik etmək istəyirsə, builki yarışlarda bəzi şeyləri sınaqdan keçirməlidir...

F-1.az xatırladır ki, bu mövsüm ilk iki yarışda ələnmə sistemli sıralanma turu formatından istifadə edilmişdi. Amma sistem uğursuz olduğu üçün FİA yenidən köhnə formata qayıtmağa icazə verdi.

Lyuis Həmilton: “Mən düşünürəm ki, onlar yeniliklərdən qorxmamalıdırlar.

Biz əvvəlki sıralanma turu formatına qayıtdıq. Əslində biz Avstraliyadakı yarışdan sonra bilirdik ki, bu olmalıdır, amma sistemi ikinci dəfə sınadılar və yenə də uğursuz oldu. Daha sonra heç kim ortaya yeni bir ideya atmadı. Bu heç də yaxşı hal deyil.

Mən düşünürəm ki, bu il dəyişiklikləri sınamaq üçün yaxşı fürsət var. Yarış olan həftəsonlarında müxtəlif yenilikləri sınaya bilərik. Azarkeşlər də nəyi sınadığımızı görərlər və bilərlər ki, gələcəkdə hansı formatlar olacaq.

Təxminən 10 ildir ki, cümə günündən bazar gününə qədər eyni şeylər təkrarlanır. Mən sürməyi sevirəm, amma hər həftə fərqli format olsa, bu, insanları daha da həyəcanlandırar. Fərqli olmalıdır. Çünki təqvimdə 21 yarış var. Qaydaları bir az dəyişdirmək olar.

GP2 daha gözəl idi. Orada format fərqli idi. Şənbə və bazar günləri yarışlar olurdu. Bu fərqlilikdir. Siz bilirsiniz ki, sabahı günü fərqli bir mübarizənin içində olacaqsınız.

Bir yarışda pit-stoplar olduğu halda, digərində olmurdu. Mən demirəm ki, daha çox yarış olsun, amma fərqli formatların tərəfdarıyam. Fərqli ssenarilər olsa, fərqli hədəflər də ola bilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*