F-1.az xatırladır ki, britaniyalı sürücü Macarıstanda yağışlı keçən sıralanma turunda poul qazanıb.
Lyuis Həmilton: “Komanda üçün əla nəticə oldu. Sözün açığı, bu nəticəni gözləmirdik. Ferrari həftəsonu ərzində çox sürətli idi. Yağış hər şeyi dəyişdi. Birinci cərgəni tuta bildik. Çox çətin şərait idi. Əvvəl trasın bəzi yerləri yaş, bəzi yerləri quru idi. Daha sora yağış artdı və yağış təkərləri ilə düzgün trayektoriya tapmalı idik. Boliddə özümü yaxşı hiss etdim. Emosional gün oldu. Yarış üçün yaxşı yerdəyik. Qırmızı maşınları arxamızda tutmağa çalışacağıq. Sabah üçün də yağış ehtimalı var. İşlər qarışa bilər. Görək nə olur”.