F-1.az xatırladır ki, britaniyalı pilotun müqaviləsi gələn ilin sonunda başa çatacaq. Əksəriyyət düşünür ki, Ferstappenin hazırda çox güclü olması yeddiqat Dünya Çempionununidmanda qalmaqla bağlı qərarına təsir edə bilər.
Lyuis Həmilton: “Düzünü desəm, onun performansı mənə düşündüyünzündən az təsir edəcək. Əsas mənim çempionatdakı vəziyyətimdir. Yaxşı performans göstərirəm. İdmandan kənarda da sərbəstəm. Bir xeyriyyə cəmiyyəti qurdum və bu vaxtımı alır. Lakin idmanda da görəcək işlərim var.
Hazırda təqaüdə çıxa bilmərəm. İdmanda dəyişikliklər edirik. Həm açıq, həm də əhatəli ortam yaratmaq fikrindəyik. Buna kömək emtək üçün qalacağam.
Özümü həmişəkindən sağlam hiss edirəm. Yaxşı qidalanıram və yaxşı hazırlaşıram. Yarışmaqdan hələ də həzz alıram. Özümü tanıyandan bu işlə məşğulam. Hələ də formadayam və yarışlara köklənə bilirəm. Belə olan halda niyə idmandan gedim? Bunun üçün heç bir səbəb yoxdur”.