F-1.az xatırladır ki, Maks Ferstappen cümə günü sərbəst yürüşlərində birinci, Lyuis Həmilton isə üçüncü olub.
Lyuis Həmilton: “İki komanda arasında fərq azdır. Red Bull hazırda daha sürətlidir. Racing Point və Renault da bizə yaxındır. Bizi həyəcanlı yarış gözləyir. Düzdür, görməli işlərimiz var. Bolidi yaxşılaşdırmalıyıq.
Rəqiblərimiz inkişaf etdikcə bizə yaxınlaşırlar. Bilmirəm onlar inkişaf edib, ya biz geriləmişik. Yoxsa hər şey asfaltayatma qüvvəsindən asılıdır? Bizi maraqlı yarış gözləyir. Spa gözəl trasdır və burada sürməkdən həzz alıram”.