L.Həmilton: “Geridən başlamaq çətin olacaq”

Monako Qran Prisinin sıralanma turunda gözlənilmədən 14-cü nəticə göstərən Həmilton məyus olduğunu deyib.

F-1.az xatırladır ki, britaniyalı sürücü sıralanma turunun ikinci sessiyasında son cəhdində 10-cu yerə 0.139 saniyə üstünlüklə gəlsə də, Vandodnun qəzasına görən çıxan sarı bayraqlar Həmiltonun planlarını alt-üst edib.

Lyuis Həmilton: “Bu gün nə baş verdiyini bilmirəm. Cümə axşamı ikinci sərbəst yürüşlərdə geridə qalmışdıq. Amma onda problemin nə olduğunu bilirdik. Lakin bugünkü problemin səbəbini bilmirəm. Məyusam. Monakoda geridən başlamaq çətin olacaq. Son cəhdimdəki sarı bayraqlar pis oldu. O dövrənin hesabına son sessiyaya qala bilərdim. Valtterinin atdığı dövrə əsl gücümüzü göstərdi”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*