F-1.az xatırladır ki, britaniyalı sürücü Yaponiya yarışında 5-ci olub.
Lyuis Həmilton: “Maksı təbrik edirəm. Bu il bəzi problemlər yaşadım. Ancaq əminəm ki, gələn il vəziyyəti düzəldəcəm və yenidən titul uğrunda mübarizə aparacam.
Restartdan sonra trasdakı şərait inanılmaz idi. Doğrudan da həzz aldım. Trası görmək çətin idi. Bolid də sürüşürdü və idarə etməkdə çətinlik çəkirdim. Yarışın yenidən başlama vaxtı da yaxşı idi.
Azarkeşlərə görə də sevinirəm. Ən aznından bir neçə dövrə vura bildik”.