L.Həmilton: “Fettellə olan hərəkətimiz idman üçün yaxşıdır”

Mercedes komandasının sürücü Lyuis Həmilton bildirib ki, Bakıdakı Fettellə yaşadığı insidenti unudub və Avstriya yarışına fokuslanıb.

F-1.az xatırladır ki, Həmilton Azərbaycan yarışında təhlükəsizlik avtomobili zamanı birdən yavaşlamış və almaniyalı sürücü ona arxadan çırpılmışdı. Buna qəzəblənən Fettel bolidini britaniyalı sürücünün Mercedes-i ilə bərabərləşdirmiş və bilərək üçqat Dünya Çempionuna çırpılmışdı.

Lyuis Həmilton: “Mənim üçün mövzu bağlanıb. Mən hazırda Avstriya yarışına fokuslanmışam. Sözün açığı, qəribə mətbuat konfransıdır. Dediyim kimi çox adam var. Bunu hazırda izləyənlər kameraların arxasında nə qədər çox jurnalistin olduğun bilmir. Deməli olduğum hər şeyi keçən yarışdan sonra dedim. Onlar orada qaldı. Artıq bu yarışa fokuslanmalıyıq. Qarşıda çox yarış var və liderdən bir az geridəyəm. Buna görə də başımı aşağı əyib fokuslanmağa çalışacam.

Düşünmürəm ki, bu hadisə Fettellə münasibətimizi dəyişsin. Sebastyan ilə yarışdan sonra danışdıq. Bazar ertəsi mənə mesaj atdı. Mən ona sürücü kimi hörmət edirəm və onunla sərt mübarizə aparmağa davam edəcəm. Mən Sebastyana dedim ki, əyləc test etməmişəm və bu sözlərini geri alsın. Çünki yarışı izləyənlər elə düşünə bilərdilər. Telemetriya məlumatlarında da əyləc testi olmadığı açıq-aydın görünürdü. Mənə mümkün olduğu qədər yaxınlaşmağa çalışırdı, amma səhv etdi. Mənim elə hədəfim yox idi. Elə hərəkətə ehtiyac yox idi. Lider idim. Onun üzrünü qəbul edib gələcəyə baxıram”.

Britaniyalı sürücü sərt mübarizənin idman üçün yaxşı olduğunu desə də, bunun gənclər üçün pis nümunə olacağını düşünür: “Sərt mübarizə idman üçün həmişə yaxşı olub, buna görə də sizdən fərqli düşünmürəm. Amma biz gərək insanlara nümunə olaq. Ancaq biz də insanıq və səhv edə bilərik. Amma yenə də gənclərə yaxşı nümunə olmalıyıq. Bizim yerimizdə olmaq istəyən çox insan var”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*