L.Həmilton: “Fettellə mübarizə aparmaq istəyirdim”

Mercedes komandasının sürücüsü qazandığı Sinqapur yarışından sonra bildirib ki, qələbə uğrunda Fettellə mübarizə aprmaq istəyib.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa 5-ci yerdən başlasa da, start insidentindən faydalanaraq, yarışda liderliyə yüksəlib və sona qədər bu üstünlüyünü qoruyaraq qələbə qazanıb.

Lyuis Həmilton: “Sözün açığı, Ferrari-lərin vəziyyəti bir az pis oldu. Amma mən komanda olaraq aldığımız xallara görə sevincliyəm. Daniel bu gün yaxşı mübarizə apardı və onunla yarışmaq həzz verdi. Yarışın əvvəlində Sebastyanla mübarizə aparacağımı düşünürdüm, lakin alınmadı. Üçüncü döngəni Sebastyanın arxasında döndükdən sonra düşündüm ki, əsl yarış olacaq, amma bu uzun çəkmədi və o, mübarizəni dayandırdı. Bu gün bəxtimiz gətirsə də, bolidimiz güclü idi. Qələbəyə fokuslanmışdım və öndə qalmağa çalışdım. Yağışın yağmasını istəyirdim və o da olduqdan sonra hər şey asanlaşdı”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*