F-1.az xatırladır ki, Həmiltonla Fettel həmişə əzəli rəqib olublar. Lakin sonradan almaniyalı sürücü irqçilik və ayrıseçkiliyə qarşı olan aksiyalarda Həmiltonun yanında olmuşdu.
Lyuis Həmilton: “Sebastyanın ayrılmasına görə məyusam. Onunla dost olacağımızı gözləmirdim. İki tərəf də istəklə və hirslə sevdiyi işi görürsə və bu anda bir-biri ilə mübarizə aparırsa, bu mümkünsüzdür. Sebastyan bütün sürücülər arasında mənimlə diz çökən ilk adam idi. İdman tarixində bizim kimi Formula1 yarışlarından istifadə edərək inanclarını göstərən başqa sürücü tanımıram. Həmişə səmimi idi. Onunla həm rəqib, həm də dost idik”.