F-1.az xatırladır ki, Fettel pit-stopda bir neçə saniyə itirdiyi üçün yarışa Bottasın arxasında qayıtmış və yalnız son dövrələrdə finlandiyalı sürücünü keçə bilmişdi.
Lyuis Həmilton: “Əgər Sebastyan Bottasın önündə pitdən qayıtsaydı, onu arxamda saxlamaq çətin olardı. 5-6 dövrə ərzində mənə çatacaqdı və onda işim çətin olardı. Təkərlərlə problem olan zamanda onu arxamda saxlaya bilməzdim. Çətinliklərə baxmyaraq, qalib gəlmək əla oldu. Komanda strategiya cəhətdən yaxşı işlədi. Əlimdən gələni edib təkərlərə yaxşı nəzarət etdim. Yay tətilinə layiqik. Mövsümün ikinci yarısı daha çətin olacaq. Buna hazır olmalıyıq”.