L.Həmilton: “Fettelə hörmətim artdı”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Keçən il Bakıda olan hadisələrdən sonra Fettelə daha çox hörmət edir.

F-1.az xatırladır ki, Bakıda keçən il keçirilmiş yarışda Lyuis Həmilton təhlükəsizlik maşınının arxasında ayağını qazdan götürmüş və bunun nəticəsində Sebastyan Fettel arxadan ona çırpılmışdı. Almaniyalı sürücü buna görə qəzəblənmiş və maşını onun üzərinə sürmüşdü.

Lyuis Həmilton: “Rəqabət etdiyiniz adamların içindəki atəşi görmək yaxşıdır. Eyni zamanda onların mükəmməl olmadıqlarını da görürük. Hamımız səhv edirik. Amma bu səhvlərdən dərs çıxarmaq daha vacibdir. Əslində o dövrdən sonra ona hörmətim artıb.Əminəm ki, artmağa davam edəcək. O, çempion kimi inkişaf etməyə davam edir. Bu gün istifadə etdiyi sözlər də təkmilləşir”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*