F-1.az xatırladır ki, iki sürücü keçən il çempionluq uğrunda mübarizə aparmış, amma sonda qalib Həmilton olmuşdu.
Lyuis Həmilton: “2018-ci il maraqlı keçməlidir. Red Bull və Ferrari-dən başqa McLaren də qələbə uğrunda mübarizə aparacaq. Ön qrupda çox komandanın olması əladır. Təbii ki, biz həmişə qalib gəlmək istəyirik. Amma idmandakı ən vacib şey rəqabətdir. Rəqabət olmasa, inkişaf da olmaz. Fettelin keçənilki uğurlu çıxışı məni də gücləndirdi. Onunla yarışmaq gözəl idi. Hər il işimiz daha da çətinləşir. Amma son 4 ildə uğurlu olduğumuz üçün çox qürurluyam. Doğru yoldayıq və bundan imtina etmək fikrimiz yoxdur. Bu il hamı aqressiv olacaq. Xüsusən də Fettelin daha güclü olmasını gözləyirəm. Amma ondan çəkinmirəm. Aramızdakı mübarizəni həyəcanla gözləyəcəm”.