F-1.az xatırladır ki, Həmilton və Rosberq son 3 ildə komanda yoldaşı olsalar da, bir-birinə qarşı amansız mübarizə aparmışdılar. Bu mübarizənin ikisində Həmilton, sonuncusunda isə Rosberq qalib gəlmişdi.
Britaniyalı sürücü Fettelin Avstaliyadakı qələbəsindən sonra bildirib ki, 4 qat Dünya Çempionu olmuş sürücü keçmiş komanda yoldaşı Rosberqdən güclüdür: “Qətiliklə deyə bilərəm ki, Fettel daha çətin rəqibdir. Məncə, bu il ən güclü sürücülərin mübarizəsini izləyəcəyik. Təbii ki, burada Fernandonu da görmək yaxşı olardı, amma qısa müddətdə bu mümkünsüzdür. Lakin burada 4 dəfə Dünya Çempionu olmuş və Formula1-də sağlam yeri olan bir sürücü var. Onunla və Ferrari ilə mübarizə apardığım üçün xoşbəxtəm. Bu əladır.
Sebastyanla çox az yarışda mübarizə aparmışıq, amma aramızda həmişə qarşılıqlı hörmət olub. Düşünürəm ki, bu hörmət get-gedə artacaq”.