L.Həmilton: “Fettel kişi kimi davranmadı”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton Azərbaycan yarışında etdiyi hərəkətə görə əzəli rəqibi Sebastyan Fetteli sərt formada tənqid edib.

F-1.az xatırladır ki, Həmilton təhlükəsizlik avtomobili rejiminin sonunda 15-ci döngənin çıxışında birdən yavaşlayıb və Fettel britaniyalı sürücüyə arxadan çırpılıb. Bu hadisədən sonra almaniyalı sürücü üçqat Dünya Çempionuna sərt reaksiya göstərib. 29 yaşlı sürücü əvvəlcə Həmiltona əl eylləyib, daha sonra isə onun yanına gələrək Ferrari-sini 32 yaşlı sürücünün Mercedes-inə çırpıb. Bu təmasdan sonra hər iki sürücü də mübarizəyə davam ediblər.

FİA insidenti araşdırdıqdan sonra Fettelə təhlükəli sürüşə görə 10 saniyə dayan və davam et cəzası verdiyi halda, Həmiltona cəza verilməyib. Yekunda almaniyalı sürücü 4-cü, britaniyalı sürücü isə 5-ci olub.

Lyuis Həmilton: “Əyləclə bağlı test etmirdim. Sürətimə nəzarət edirdim və həmişə eyni yerdə yavaşlayırdım. Deməli, bolidin içində yuxuya gedib və bolidimə çırpıldı. Buna baxmayaraq, 4-cü oldu. Bu utancvericidir. Özünü biabır etdi. Bilmirəm nə deyim. Sebastyan idmançı kimi davranmadı. Təhlükəli sürdü və 10 saniyə cəzası aldı. Əlavə sözüm yoxdur. Əgər kişidirsə, boliddən düşüb üstümə gəlməli idi. Dünyanın hər yerində Formula1-i izləyən gənc oğlanlar var. Onların bu hərəkəti görməsi xoş deyil. İnsanlar bu gün dördqat Dünya Çempionunun necə davrandığını gördülər. Ümid edirəm ki, bu hal başqa seriyalarda təkrarlanmaz. Mən yoluma davam edəcəm. Bu həftə çox güclü idik. İnkişafa davam edəcəyik. “Hammertime” – vaxtım gəldi!”

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*