F-1.az xatırladır ki, britaniyalı sürücü Ferrari komandasının sürücüsünü trasda keçmiş və mövsümdə ikinci qələbəsini əldə etmişdi. Bununla da, Həmilton əsas rəqibi Fettellə xal fərqini 6-ya salmışdı.
Lyuis Həmilton: “Yarışdan sonra Fettel bir az əsəbi idi. Onu çox yaxşı başa düşürəm. Nəticədə aramızda yüksək səviyyəli mübarizə gedir və ikimiz də qələbədən başqa nəticəyə görə sevinə bilmərik. Yarışda pit çıxışında təkər-təkərə mübarizə apardıq və daha sonra normal şəkildə davam etdik. Bu çox önəmli idi. Bu cür çətin mübarizə zamanı da bir-birimizə hörmət edə bilirik. Hər ikimiz də mövsümün sonuna qədər ən çox xalı toplamaq üçün aqressiv davranacağıq. Bir-birimizə təmas etmədiyimiz müddətdə bu rəqabətdən razıyam. Uzun illərdən sonra Seb ilə mübarizə apardığım üçün şadam”.