L.Həmilton: Ferstappenlə mübarizə apara bilərdik

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Niderland yarışında podiumu əldən veriblər.

F-1.az xatırladır ki, britaniyalı sürücü sıralanma turunda 13-cü olmuş və yarışın startında yağan yağışa görə axırıncı yerə qədər geriləyib. Lakin yeddiqat Dünya Çempionu əla yarışaraq, finişə 6-cı yerdə çata bilib.

Lyuis Həmilton: “Özümü doğrudan da yaxşı hiss edirəm. Əslində yarışın necə keçəcəyini bilmirdim. Yarışdan əvvəl niyə 13-cü olduq deyə düşünürdüm və yarış başlamamışdan necə yüksələcəyimizi düşünürdüm.

Yarışın əvvəlində Medium təkər seçən təkcə mən idim. Daha sonra yağış başlayanda komanda olaraq səhv addım atdıq. Lakin bu komandanın qərarı idi və hamımız bunun cəzasını çəkdik. Sonuncu yerə düşdüm və ondan sonra başımı aşağı salıb, işimi gördüm. Bu yerə yıxılandan sonra ayağa qalxıb yenidən davam etməyə bənzəyirdi. Hər pit-stopdan sonra geriyə düşsəm də, əlimdən gələni etdim.

Çox xoşbəxtəm. Bu trasda McLaren-i keçdim və bunu etmək heç də asan deyil. Yekunda Saynsdan sürətli idim və mənə sadəcə DRS lazım idi.

Bu hava şəraitindən doğru qərarlar versəydik, ilk iki yer uğrunda mübarizə apara bilərdik. Düzünü desəm, Maksla mübarizə mümkün idi. Xüsusən də quru havada ondan çox da geri qalmırdıq. Təbii ki, onları keçə biləcəyimi demirəm, amma belə halın ola biləcəyini düşünmək xoş olardı”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*