F-1.az xatırladır ki, Braziliya yarışının 48-ci dövrəsində Ferstappen və Həmilton təkər-təkərə mübarizəyə girişiblər. Lakin niderlandlı sürücü rəqibini tras xaricinə çıxarıb və özü də onunla bir yerdə çıxıb. Əksəriyyət gənc sürücünün cəzalandırılmasını gözləsə də, bu baş verməyib.
Lyuis Həmilton: “Əvvəlcə öndə idim və yerini dəlisov formada qorumaq istədiyi üçün ikimiz də trasdan çıxdıq. Deyəsən tras xaricinə çıxırdı və ikimiz də qaçmalı olduq.
Bu barədə düşünmədim, çünki çətin mübarizə idi. Bunu gözləyirdim. Təkərlərimizin təmas etməməsi yaxşı oldu”.