F-1.az xatırladır ki, İtaliya yarışının 26-cı dövrəsində britaniyalı sürücü rəqibi Ferstappenlə üçüncü yer mübarizə apararkən qəza ediblər. Nəticədə Ferstappenin maşını Həmiltonun maşınının üstenə çıxıb və yeddiqat Dünya Çempionu ölümlə üz-üzə gəlib. Belə ki, MAksın arxa təkəri onun başına toxunub.
Lyuis Həmilton: “Maksın porebrikin üzərində idarəetməni itirib başıma düşəcəyini aölıma gətirməzdim. Görüntülərdə də hər şeyin bi saniyə içində baş verdiyini görürsünüz. Boliddə olanda tək düşündüyüm şey yarışa davam etmək idi. Bir az ağrıyırdım, amma davam edək dedim. Lakin bolid hərəkət eləmədi.
Maks boliddən çıxıb yanımdan keçib getdi. Buna təəccübləndim. Belə hallarda qəza etdiyimiz rəqiblərimizin vəziyyətini soruşuruq.
O an ağrıyırdım, amma isti-isti hiss etmədim. Vaxt keçdikcə vəziyyətim pisləşəcək. Bəxtim gətirdi. Məni və boynumu xilas edən Haloya təşəkkür edirəm”.
Maks Ferstappen rəqibinə cavab verib: “Lyuis yaxşı idi. Mən maşından çıxanda geri dönməyə çalışırdı. Vəziyyətiniz pis olanda belə etmirsiniz”,