F-1.az xatırladır ki, briraniyalı sürücü Zandfortda 69 saniyənin altına düşsə də, Maksdan sonra ikinci yerə razı olub.
Lyuis Həmilton: “Buradakı narıncı rəngli azarkeşlərə təşəkkür etmək istəyirəm. Nə gözəl yerdir, nə gözəl trasdır… Bu ölkəni çox sevirəm və bizi gözəl qarşılaşdıqları üçün təşəkkür edirəm. Azarkeşləri burada görmək gözəldir. Buna dəyər verirəm.
Maks əla dövrə vurdu və mən ona yaxın idim. Ona çatmağa çalışsam da, dünənki sərbəst yürüşlərdə çıxış edə bilmədiyim üçün işim çətinləşdi. Əlimdən gələni etdim və o, əla dövrə vurdu. Poul qazanmağa layiq idi.
Yarış da çətin olacaq. Bu trasda ötmə etmək çətin olsa da, yarışmaq üçün idealdır. Strategiya burada vacib rol oynayacaq”.