L.Həmilton Ferrari yolundadır?

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Həmilton gələn il Ferrari-yə keçə bilər.

F-1.az xatırladır ki, britaniyalı sürücünün komandası ilə müqaviləsi ilin sonunda bitəcək. Tərəflər arasında danışıqlar gedir və iddialara əsasən, Həmilton illik 40 milyon avro maaş istəyir.

Toto Volff: “Lyuis müasir Formula1-in ən güclü sürücüsüdür. Əlbəttə, onu mümkün qədər çox müddətə komandada saxlamaq istəyirik. Amma, məncə, bundan sonra bir dəfə müqavilə bağlayacaq. Və Ferrari bütün sürücülər üçün hələ də cəlbedicidir.

Amma Həmilton burada xoşbəxtdir. Münasibətimiz getdikcə yaxşılaşır. Ancaq mövsüm ərzində münasibətlər gərginləşə bilər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*