F-1.az xatırladır ki, brtaniyalı sürücü İtaliyada cümə sərbəst yürüşlərində lider Fetteldən 0.2 saniyə geridə qalaraq 3-cü olub.
Lyuis Həmilton: “Ferrari-nin evində olsaq da, burada azarkeşlər bizi dəstəkləyirlər. Tribunaları belə görmək performansımıza kömək edir. Yarışda yaxın mübarizə olacaq və qələbə üçün əlimizdən gələni edəcəyik. Sıralanma və yarış tempində Ferrari-yə çox az uduzuruq. Dövrələrim yaxşı olsa da, Ferrari daha güclü idi. Hazırda əlimizdən gələni edirik və işimiz çoxdur. Çatışmayan cəhətlərimiz var və ümid edirəm ki, sıralanma turunda bir az inkişaf edərik”.