F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa 3-cü yerdən başlasa da, startda Fetteli, yarışın sonunda isə təkər problemi yaşayan Rəykköneni keçərək 5-ci dəfə Montsada qalib gəlib. Beləliklə, britaniyalı sürücü Fettellə xal fərqini 30-a qaldırıb.
Lyuis Həmilton: “İşimizi çətinləşdiridkləri üçün Ferrari-yə təşəkkür edirəm. Yaxşı mübarizə apardılar və əla iş gördülər. Buradakı və bazadakı bütün işçilərə təşəkkür edirəm. Onların dəstəyi olmasaydı, bu gün qalib gələ bilməzdik. Burada bəzi neqativ hallar var idi. Bunları müsbət yönə çevirəcəm. Məni dəstəklədikləri üçün komandaya və Valtteriyə təşəkkür edirəm. Təslim olmayacağıq və mübarizə aparacağıq. Bu gün çətin olsa da, güc aldıq”.